Sabah 37 dərəcə isti olacaq
18 Avqust 2026, 14:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
50
18.08.2026, 13:30
Rəqəmsal dövrdə istehlakçıların davranış modeli və internetdə informasiya axtarışı mexanizmləri sürətlə transformasiyaya uğrayır. Son dövrlər istifadəçilərin məhsul seçimi edərkən ənənəvi axtarış sistemlərindən daha çox süni intellekt çatbotlarına üz tutması onlayn ticarət sektorunda yeni era açır. Bu tendensiya bizneslərin rəqəmsal marketinq strategiyalarını yenidən qurmasını şərtləndirir və məhsul haqqında məlumatların təqdim olunma strukturunu kökündən dəyişir. İstehlakçılar artıq onlarca saytı tək-tək gəzmək əvəzinə, öz spesifik tələblərini süni intellektə bildirərək anında optimallaşdırılmış nəticələr almağa üstünlük verirlər. Yaranan yeni reallıq bütövlükdə elektron ticarət ekosistemində SEO strategiyalarından tutmuş brendlərin görünürlük meyarlarına qədər bir çox amili yenidən formalaşdırır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov bildirib ki, süni intellekt alətlərinin məhsul tövsiyə etmə mexanizmi şirkətlərin iş strukturunu tamamilə dəyişəcək:
"Əvvəllər şirkətlər ənənəvi axtarış sistemlərində — Google-da 'yuxarı cərgələrdə çıxmaq' üçün SEO optimallaşdırmasına fokuslanırdılar. Artıq sistem dəyişir: əsas məsələ süni intellekt alətlərinin məhsulu düzgün başa düşməsi və onu tövsiyə siyahısında birinci, ikinci və ya üçüncü sırada göstərməsidir”.
O qeyd edib ki, yeni dövrdə məhsul haqqında məlumatların tam strukturlaşdırılması, düzgün atributların təyin edilməsi, qiymət və stok məlumatlarının dərhal əlçatan olması vacibdir. 'Yaz qiyməti deyək' kimi yanaşmalar artıq işləməyəcək, çünki süni intellekt qiyməti əvvəldən dəqiq bilməlidir.
Mütəxəssisin sözlərinə görə, əvvəllər istifadəçi, məsələn, 1000 manatdan ucuz uyğun telefon axtaranda 10-20 müxtəlif sayta daxil olub modelləri özü müqayisə edirdi. Süni intellekt çatbotlarında isə mexanizm fərqlidir: istifadəçi öz konkret ehtiyaclarını və büdcəsini (prompt) daxil edir, AI isə veb-saytlarda axtarış aparır, müqayisə edir və hazır ən yaxşı variantları təqdim edir. Bütün sorğu, müqayisə və tövsiyə mərhələsi süni intellekt tərəfindən həyata keçirilir, istifadəçiyə isə yalnız son alqı-satqı addımını etmək qalır.
Yekun olaraq, Natiq Məmişov əlavə edib ki, bu proses Google-un tamamilə yox olması demək deyil, lakin onun bazar mövqeyini zəiflədə və ya rolunu dəyişə bilər:
“Qərarvermə prosesi süni intellekt interfeysinə keçdiyi üçün rəqəmsal iqtisadiyyatda maraqlı dəyişikliklər yaşanacaq. Şirkətlər üçün əsas məqsəd yalnız klik qazanmaqdan çıxıb, süni intellekt tərəfindən 'tövsiyə edilən seçim' olmağa çevriləcək".
Çimnaz Telmanqızı
14:38 / 18 Avqust 2026
1
14:30 / 18 Avqust 2026
26
14:15 / 18 Avqust 2026
24
14:12 / 18 Avqust 2026
34
14:05 / 18 Avqust 2026
40
13:59 / 18 Avqust 2026
42
13:45 / 18 Avqust 2026
59
13:15 / 18 Avqust 2026
62
12:49 / 18 Avqust 2026
73
12:40 / 18 Avqust 2026
68
12:38 / 18 Avqust 2026
85
12:18 / 18 Avqust 2026
70
12:05 / 18 Avqust 2026
275
11:54 / 18 Avqust 2026
76
11:48 / 18 Avqust 2026
65
11:45 / 18 Avqust 2026
67
11:36 / 18 Avqust 2026
75
11:29 / 18 Avqust 2026
62
11:21 / 18 Avqust 2026
75
11:17 / 18 Avqust 2026
67
11:17 / 18 Avqust 2026
70
11:13 / 18 Avqust 2026
320
11:03 / 18 Avqust 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.